Robert Kiosaki 2026-cı ildə "sağ qalacaq" 6 aktivi açıqlayıb.
Dünyaca məşhur "Zəngin ata, Kasıb ata" kitabının müəllifi Robert Kiosaki, investorları 2026-cı ildə gözlənilən böyük iqtisadi təlatümlərə qarşı xəbərdar edib. The Street nəşrinə istinadən Finera.az bildirir ki, maliyyə eksperti ənənəvi investisiya alətlərindən uzaq durmağı və yalnız məhdud sayda olan "real aktivlərə" fokuslanmağı tövsiyə edir.
Kiosakinin fikrincə, ABŞ-ın sürətlə artan dövlət borcu (39 trilyon dollar) və qarşısıalınmaz inflyasiya fonunda kağız pullar öz dəyərini itirəcək. O, 2026-cı ilin çətinliklərindən sağ çıxa biləcək 6 əsas aktivi belə sıralayıb:
• Qızıl və Gümüş: Onilliklərdir davam edən ən etibarlı sığınacaq. Kiosaki gümüşün həm də sənaye (günəş panelləri və süni intellekt çipləri) əhəmiyyətini vurğulayır.
• Bitcoin (BTC) və Ethereum (ETH): Rəqəmsal iqtisadiyyatın təməli. Müəllif Bitcoin üçün 2026-cı ilə qədər 250,000 dollar hədəfi qoyub.
• Neft: Enerji resurslarına olan qlobal tələbatın dəyişməz qalması.
• Qida (Kənd təsərrüfatı): Tədarük zəncirindəki qırılmalar zamanı real dəyərini qoruyan ən vacib ehtiyac.
"Mərkəzi bankların çap edə biləcəyi hər şey saxtadır" deyən Kiosaki, investorları portfellərində fiziki və mərkəzləşdirilməmiş aktivlərin payını artırmağa çağırır. O qeyd edir ki, 2026-cı il iqtisadi çöküş deyil, hazırlıqlı investorlar üçün "həyatımızın ən böyük fürsəti" ola bilər.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun