BBC-də yeni təyinat: rəhbər postuna Google-un sabiq meneceri gətirildi.

BBC-də yeni təyinat: rəhbər postuna Google-un sabiq meneceri gətirildi.

BBC-yə Google-un sabiq top-meneceri rəhbər təyin olundu

BBC-nin Direktorlar Şurası teleradio şirkətinin baş direktoru vəzifəsinə Google-un Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üzrə keçmiş prezidenti Mett Brittini təyin edib.

Finera.az BBC-yə istinadən xəbər verir ki, BBC-nin baş direktoru həm korporasiyanın baş icraçı direktoru, həm də baş redaktoru funksiyalarını yerinə yetirir. Bu vəzifə şirkətin Böyük Britaniya və digər ölkələrdəki fəaliyyətinə - yaradıcılıq, redaksiya və əməliyyat idarəçiliyinə rəhbərliyi əhatə edir.

Mett Brittin bu vəzifədə illik 565 min funt sterlinq, yəni təxminən 1.2 milyon manat maaş alacaq.

Onun vəzifəsinin icrasına mayın 18-dən başlayacağı bildirilir. Həmin tarixədək baş direktor vəzifəsini müvəqqəti olaraq Rodri Talfan Devis icra edəcək.

Qeyd edək ki, Mett Brittin 2007-ci ildən Google-da fəaliyyət göstərib, bir müddət şirkətin Böyük Britaniyadakı biznesinə rəhbərlik edib və ötən il EMEA regionu üzrə rəhbər vəzifəsindən ayrılıb.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərhi siz yazın!

Şərh yazmaq üçün daxil olun