ABŞ-ın araşdırma şirkəti analitikini Hörmüz boğazına göndərdi - əldə olunan məlumatlar diqqət çəkir.

ABŞ-ın araşdırma şirkəti analitikini Hörmüz boğazına göndərdi - əldə olunan məlumatlar diqqət çəkir.

Qlobal neft treyderləri Hörmüz boğazının taleyi ilə bağlı peyk görüntülərini və rəsmi açıqlamaları təhlil edərkən, bir araşdırma şirkəti fərqli yanaşma seçdiyini bildirir. Şirkət iddia edir ki, analitiklərindən birini birbaşa münaqişə zonasına göndərib.

Bu ilin əvvəlində süni intellektlə bağlı bazarda səs-küy yaradan pessimist proqnozla çıxış edən Citrini Research şirkəti analitikini Oman ərazisində yerləşən Musandam yarımadasına göndərdiyini açıqlayıb. Analitik oradan qayıqla hərəkət edərək İran və ABŞ arasında artan gərginlik fonunda gəmi hərəkətini yerində müşahidə edib.

Analitikin müşahidələri qlobal bazarlarda formalaşan əsas fikrə ziddir. Geniş yayılmış rəyə görə Hörmüz boğazı faktiki olaraq bağlanıb. Lakin əldə edilən məlumatlara əsasən, boğazdan keçid tam dayanmayıb.

Şirkətin Substack platformasında yayımladığı hesabatda qeyd olunur ki, son günlərdə boğazdan keçən gəmilərin sayı artaraq gündə təxminən 15-ə çatıb. Bu göstərici normal səviyyədən aşağı olsa da, keçidin tam dayanmadığını göstərir və vəziyyətin daha çox qismən və dəyişkən xarakter daşıdığını göstərir.

Təhlükəsizlik səbəbindən adı açıqlanmayan analitik bildirib ki, bəzi tanker gəmiləri gündə 4-5 dəfə keçid edir və bu zaman AIS sistemini söndürərək hərəkət edir.

AIS gəminin yerləşməsi, sürəti, kimliyi və marşrutu barədə məlumat ötürən izləmə sistemidir. Citrini Research qeyd edir ki, bir çox gəmi bu sistemi söndürdüyü üçün real daşınma həcmi rəsmi məlumatlardan daha yüksək ola bilər.

Analitikin balıqçılar, qaçaqmalçılar və yerli rəsmilərlə apardığı müsahibələr göstərir ki, İran boğazdan keçidi tam bağlamayıb, əksinə selektiv şəkildə icazə verir. Tankerlər İran sularına yaxın ərazilərdən keçmək üçün əvvəlcədən icazə almalıdır. Bu vəziyyət şirkət tərəfindən blokada deyil, daha çox “funksional nəzarət nöqtəsi” kimi qiymətləndirilir.

Şirkət bildirib ki, mövcud vəziyyət sadə şəkildə izah edilə bilməz və bazarda formalaşan “boğaz açıqdır qiymətlər düşəcək” və ya “boğaz bağlıdır qiymətlər kəskin artacaq” kimi yanaşmalar reallığı tam əks etdirmir.

Bununla belə, bu nəticələr yalnız bir analitikin müşahidələrinə və təsdiqi çətin olan məlumatlara əsaslanır. Regionda məlumatların məhdud olması bu kimi qiymətləndirmələrin dəqiqliyini çətinləşdirir.

Citrini Research hesab edir ki, mövcud vəziyyət uzunmüddətli təsir yaradacaq və neft bazarında risk əlavəsi formalaşdıracaq. Şirkət yaxın dövr üçün deyil, daha uzunmüddətli neft müqavilələrinə üstünlük verir və xüsusilə 2026-cı ilin dekabr ayına aid WTI kontraktlarını daha cəlbedici hesab edir.

Şirkətin proqnozuna görə, növbəti 4-6 həftə ərzində münaqişədən əvvəlki trafik səviyyəsinin təxminən 50 faizinə qədər bərpa mümkündür. Bununla yanaşı, bazarda risk amili qalıcı xarakter ala bilər.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərhi siz yazın!

Şərh yazmaq üçün daxil olun