Kəlbəcər Dağ Turizm Mərkəzi üzrə II mərhələ başlayır – 247 min manatlıq müqavilə
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Kəlbəcər rayonunda yaradılması planlaşdırılan Dağ Turizm Mərkəzi layihəsinin icrasını növbəti mərhələyə keçirib.
Qurum tərəfindən layihənin baş planının hazırlanmasının ikinci mərhələsi çərçivəsində İspaniyanın “Neugest 1957 SLU” şirkətindən müvafiq xidmətlər satın alınıb.
Sözügedən mərhələ çərçivəsində turizm mərkəzinin konseptual və texniki planlaşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulur.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun