Ağdamın iki kəndində su və kanalizasiya infrastrukturu yenilənəcək – 19 milyon manatlıq layihə

Ağdamın iki kəndində su və kanalizasiya infrastrukturu yenilənəcək – 19 milyon manatlıq layihə

Ağdam rayonunun iki kəndində su təchizatı və kanalizasiya sistemlərinin qurulması ilə bağlı iri həcmli layihəyə start verilir.
Məlumata görə, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən bu istiqamətdə müvafiq tender elan edilib. Layihə çərçivəsində rayonun Qərvənd və Eyvazxanbəyli kəndlərində xarici su təchizatı və kanalizasiya sistemlərinin tikintisi nəzərdə tutulur.
Tenderin ehtimal olunan dəyəri 19 milyon 149 min 354 manat təşkil edir.
Qeyd edək ki, layihənin əsas məqsədi kəndlərdə su təminatının yaxşılaşdırılması, eləcə də müasir kanalizasiya infrastrukturunun yaradılmasıdır.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərhi siz yazın!

Şərh yazmaq üçün daxil olun