Bakının işıqlandırma infrastrukturuna 5,3 milyon manatdan çox vəsait yönəldilir.

Bakının işıqlandırma infrastrukturuna 5,3 milyon manatdan çox vəsait yönəldilir.

Bakı şəhərinin işıqlandırma sisteminin yenilənməsi və texniki təminatının gücləndirilməsi məqsədilə iri həcmli satınalma prosesinə start verilib.
Məlumata görə, “Bakı Şəhər İşığı” qurumu işıqlandırma şəbəkəsi üçün zəruri mal və materialların alınması ilə bağlı müsabiqə elan edib. Satınalmanın ümumi ehtimal olunan dəyəri 5 milyon 358 min 420 manat olaraq müəyyən edilib.
Tender çərçivəsində elektrik komponentləri, işıqlandırma sistemləri üçün müxtəlif texniki avadanlıqlar və infrastruktur materiallarının alınması nəzərdə tutulur.
Layihənin paytaxtın işıqlandırma şəbəkəsinin modernizasiyası və texniki dayanıqlığının artırılması məqsədi daşıdığı bildirilir.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərhi siz yazın!

Şərh yazmaq üçün daxil olun