Expressbank-da yeni təyinat: Fuad Muradəliyev CFO oldu
Expressbank ASC-də yeni kadr təyinatı həyata keçirilib. Fuad Fikrət oğlu Muradəliyev bankın İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı (CFO) vəzifəsinə təyin olunub.
Fuad Muradəliyev maliyyə sahəsində 10 ildən artıq təcrübəyə malikdir. O, fəaliyyətinin böyük hissəsini bank sektorunda keçirərək maliyyə idarəçiliyi, büdcələmə, risklərin qiymətləndirilməsi və strateji planlaşdırma istiqamətlərində geniş praktiki biliklər əldə edib.
Bu təyinata qədər o, Expressbank-da Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb. Bu müddətdə bankın maliyyə strategiyasının formalaşdırılması və effektiv idarə olunmasında mühüm rol oynayıb.
Bundan əvvəl isə Bank of Baku ASC-də müxtəlif rəhbər maliyyə vəzifələrində fəaliyyət göstərib və karyerası ərzində mərhələli şəkildə yüksələrək peşəkar təcrübəsini daha da genişləndirib.
Fuad Muradəliyev risklərin idarə olunması sahəsində Global Association of Risk Professionals tərəfindən təqdim olunan FRM® (Financial Risk Manager) sertifikatına malikdir. Eyni zamanda, CFA Institute tərəfindən təşkil olunan CFA (Chartered Financial Analyst) proqramının ikinci səviyyəsini uğurla tamamlayıb.
O, ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə başa vuraraq həm bakalavr, həm də magistr dərəcəsi əldə edib.
Qeyd olunur ki, onun yeni vəzifədə fəaliyyəti Expressbank-ın maliyyə dayanıqlığının gücləndirilməsinə və strateji inkişafına mühüm töhfə verəcək.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun