Avtomobil bazarında dəyişiklik: bu modellər vergidən azad edildi

Avtomobil bazarında dəyişiklik: bu modellər vergidən azad edildi

Azərbaycanda raritet avtomobillərin idxalı vergilərdən azad edildi

Martın 25-dən etibarən Azərbaycana gətirilən raritet avtonəqliyyat vasitələri ƏDV, aksiz və gömrük rüsumundan azad olunub. Bu dəyişiklik fevralın 13-də Vergi Məcəlləsinə edilən düzəlişlərin qüvvəyə minməsi ilə tətbiq olunmağa başlayıb.

Mövcud qaydalara əsasən, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətinə bərpa edilmiş, istehsal tarixindən 40 ildən çox keçmiş avtomobillər raritet nəqliyyat vasitəsi kimi qəbul edilir.

Yeni qaydalara görə, bu kateqoriyaya daxil olan avtomobillərin idxalı müəyyən şərtlərlə vergilərdən azad edilir. Belə ki, idxal prosesi müvafiq dövlət qurumunun təsdiqedici sənədi əsasında həyata keçirilməlidir.

Bundan əlavə, bir şəxs təqvim ili ərzində yalnız 1 ədəd raritet avtomobil idxal edə bilər. Ümumilikdə isə ölkə üzrə bu say 10 ədəd ilə məhdudlaşdırılıb.

Qeyd olunur ki, bu güzəşt mexanizmi idxalçıların xərclərini azaltmaqla yanaşı, nadir avtomobillərin ölkəyə gətirilməsini də təşviq edəcək.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərhi siz yazın!

Şərh yazmaq üçün daxil olun