Pulun mahiyyəti nədir? Hər kəsin oxumalı olduğu 5 kitab
İlk insan tipi yaranandan bu yana, istər homo sapiens, istər homo floresiensis, istərsə də neandertal fərq etməz, 2 şəxsən biri 2 armud, digəri isə 2 alma dərib “gəl sənə bir alma verim, sən mənə 1 armud ver” dediyi andan etibarən iqtisadiyyatın təməli qoyulub.
İqtisadiyyat ən primitiv müstəvidə mübadilə deməkdir.
Müasir dövrdə isə münasibətlərin mürəkkəbləşməsi mübadilə vasitəsi kimi pulu ortaya çıxardı. Beləliklə hər birimiz daha çox pula ehtiyac duymağa başladıq.
Bəs bu qədər ehtiyac duyduğumuz, hətta bir növ arxasınca qaçdığımız pulun nə olduğunu doğrudan anlayırıqmı?
İnsanlar pul qazanmağa çalışır, amma pulun necə işlədiyini anlamırlar. Əgər bir şeyin məntiqini bilmirsənsə, onu qazanmaq ya təsadüf olur, ya da müvəqqəti.
Bu gün sizə pulu başa düşmək və qazanmağın arxasındakı real məntiqi görmək üçün 5 kitab tövsiyə edəcəm:
- “Against the Gods” (Riskə Qarşı: Tarixin Ən Böyük Mübarizəsi) - Peter L. Bernstein
Risk anlayışının necə yarandığını və maliyyə qərarlarının əslində nə üzərində qurulduğunu göstərir.
- “The Psychology of Money” (Pulun Psixologiyası) - Morgan Housel
Pulun texniki yox, psixoloji tərəfini izah edir. Niyə bəziləri qazanır, bəziləri yox.
-“The Millionaire Fastlane” (Milyoner Sürətli Zolaq) – MJ DeMarco
Klassik “yavaş-yavaş zəngin ol” düşüncəsini dağıdır, sürətli kapital qurma məntiqini göstərir.
-“Your Money or Your Life” (Pulun ya Həyatın) - Vicki Robin
Pul ilə həyat enerjinin əlaqəsini qurur. Qazandığın pul əslində həyatından verdiyin zamandır.
- “The Intelligent Investor” (Ağıllı İnvestor) - Benjamin Graham
Pulun qorunması və böyüdülməsi üçün ən fundamental investisiya düşüncəsini öyrədir.
Bu kitabları oxuduqdan sonra bir şeyi çox aydın görəcəksiniz: Pul qazanmaq çətin deyil. Çətin olan, pulu necə qazanmalı olduğunu başa düşməkdir. Və bunu başa düşdüyün anda artıq oyunun qaydaları dəyişəcək...
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun