Ödənişi Vaxtında Edən Müştəri Niyə Riskli Sayılır? IFRS 9-da Makroşokların Təsiri

Ödənişi Vaxtında Edən Müştəri Niyə Riskli Sayılır? IFRS 9-da Makroşokların Təsiri

​Maliyyə böhranlarından sonra tətbiq olunan IFRS 9 standartı bankçılıqda risk menecmentinə fundamental bir yenilik gətirdi: dəymiş zərərin tanınmasından gözlənilən zərərin (ECL - Expected Credit Loss) öncədən modelləşdirilməsinə keçid. Bu çərçivənin ən kritik və mürəkkəb hissəsi isə gələcəyə yönümlü makroiqtisadi məlumatların (FLI - Forward-Looking Information) kredit riski göstəricilərinə inteqrasiyasıdır.
​Ənənəvi risk modelləri yalnız müştərinin keçmiş ödəniş tarixçəsinə əsaslandığı halda, IFRS 9 banklardan makroiqtisadi mühitin dəyişməsini bəri başdan nəzərə almağı tələb edir. Yəni portfelin keyfiyyəti cari anda əla görünə bilər, lakin qarşıdakı dövrdə neft qiymətlərinin düşməsi, inflyasiyanın kəskin artması və ya Mərkəzi Bankın uçot dərəcəsini qaldırması ehtimalı varsa, bank bu riskləri bu gündən ECL ehtiyatlarına köçürməlidir.
​FLI modelləşdirilməsi praktiki olaraq üç əsas mərhələdə həyata keçirilir:
​Makroiqtisadi Dəyişənlərin Təyini və Korrelyasiya Analizi:
İlk növdə portfelin defolt ehtimalına (PD) və defolt zamanı zərərə (LGD) birbaşa təsir edən makroiqtisadi indikatorlar seçilir. Azərbaycan bazarı üçün bu göstəricilər adətən neft qiymətləri, real ÜDM-in artım tempi, inflyasiya dərəcəsi, manatın məzənnə dinamikası və ev təsərrüfatlarının gəlirləridir. Ekonometrik regressions (məsələn, Logit Regression və ya Vector Autoregression - VAR) vasitəsilə historical PD ilə bu dəyişənlər arasında statistik əlaqə tapılır.
​Ssenari Analizi (Multi-Scenario Modeling):
Gələcəyi tək bir xətt üzrə proqnozlaşdırmaq mümkün olmadığı üçün standart minimum üç makroiqtisadi ssenarinin qurulmasını tələb edir:
​Baza ssenari (Base Case): Mərkəzi Bank və ya Beynəlxalq Valyuta Fondunun gözlədiyi real iqtisadi artım tempi.
​Optimist ssenari (Bull Case): Resurs qiymətlərinin artması və ya iqtisadi canlanma şəraitində risklərin azalması.
​Pessimist ssenari (Bear Case): Makroiqtisadi şoklar, kəskin devalvasiya və ya tənəzzül ehtimalları.
​Çəkili ECL-in Hesablanması (Probability-Weighted ECL):
Hər bir ssenari üzrə ayrı-ayrılıqda PD, LGD və EAD parametrli hesablanır, daha sonra bu ssenarilərə ekspert və ya statistik metodlarla ehtimallar (weight) mənsub edilir. Yekun ECL düsturu aşağıdakı kimidir:
​Weighted ECL = (ECL_Base * P_Base) + (ECL_Bull * P_Bull) + (ECL_Bear * P_Bear)
​FLI modelləşdirilməsinin bank portfelinə ən böyük təsiri Stage keçidləridir (Staging). Əgər makroiqtisadi ssenarilər pisləşərsə, müştərinin cari ödənişində heç bir gecikmə olmasa bile, onun kredit riski kəskin artıb (SICR - Significant Increase in Credit Risk) hesab oluna bilər. Bu isə həmin kreditin Stage 1-dən Stage 2-yə keçməsinə və ehtiyatların 12 aylıq ECL-dən Ömürlük ECL-ə (Lifetime ECL) tullanaraq kəskin artmasına səbəb olur.
​Nəticədə, FLI yalnız mühasibatlıq tələbi deyil, bankın kapital adekvatlığına birbaşa təsir edən strateji alətdir. Makroiqtisadi şokları düzgün modelləşdirən banklar kəskin iqtisadi dalğalanmalarda adekvat kapital buferinə malik olur və portfelin gözlənilməz itkilərindən qorunurlar.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərhi siz yazın!

Şərh yazmaq üçün daxil olun