Mirage “Captions” üçün 75 milyon dollar investisiya cəlb etdi
Video montaj tətbiqi “Captions”un yaradıcısı Mirage General Catalyst fondunun dəstəyi ilə 75 milyon dollar investisiya cəlb edib.
Son bir ildə şirkət həm məhsulunda, həm də strategiyasında ciddi dəyişikliklər edib. Captions brendindən Mirage adını alaraq özünü artıq yalnız tətbiq deyil, müxtəlif AI modelləri hazırlayan laboratoriya kimi təqdim edir. Şirkət reklam və marketinq sahəsinə də fokuslanmağa başlayıb.
Mirage qısa videolar üçün xüsusi model də hazırlayıb. Bu model videolarda temp, kadr quruluşu və istifadəçi diqqətini optimallaşdırmağa kömək edir.
2025-ci ilin əvvəlində şirkət freemium modelə keçərək CapCut və Meta-nın alətləri ilə rəqabəti gücləndirib. Artıq platforma şirkətlərə kütləvi şəkildə video yaratmaq və yaymaq imkanı verən geniş alətlər paketi təqdim edir.
Şirkətin CEO-su bildirib ki, növbəti mərhələdə “assembly intelligence” adlandırılan yanaşmaya fokuslanacaqlar. Yəni fərqli mənbələrdən elementləri birləşdirərək avtomatik video yaratmaq texnologiyası inkişaf etdiriləcək.
Mirage həmçinin yeni audio modeli üzərində işləyir. Bu model generasiya olunan videolarda aksentləri qorumağa imkan verir, bu da qlobal istifadəçilər üçün vacib sayılır.
Statistikaya görə, Captions son 1 ildə 3.2 milyon dəfə yüklənib və 28.4 milyon dollar gəlir gətirib. Platforma bu günə qədər 200 milyondan çox video yaradılmasında istifadə olunub. Gəlirin yalnız 25%-i ABŞ-dan gəlir, bu da onun beynəlxalq auditoriyaya sahib olduğunu göstərir.
Şirkət hazırda web və mobil platformalarını birləşdirərək xüsusilə kiçik bizneslər üçün marketinq video həlləri təqdim etməyi planlaşdırır.
Mirage yeni cəlb olunan vəsaiti böyüməni sürətləndirmək və Asiya bazarında genişlənmək üçün istifadə edəcək.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun